AREA 3 yaşında xarici şirkətlərini təsis etdi –

Azərbaycan dünyaya robotexnika məhsulları ixrac edəcək

“Azerbaijan Robotics Engineering Academy” (AREA) artıq beynəlxalq şirkət statusunda da fəaliyyətə başlayacaq.

 

“Brendləşdirilmiş yeni loqosu və istiqaməti ilə AREA adı altında “Aviation”, “Robotics”, “Engineering”, “Automation” istiqamətləri üzrə beynəlxalq bazarda özünə yer axtaracaq. Yaxın vaxtlarda AREA-nın dərsdənkənar dərnək kurrikulumu, istehsal etdiyi robotexnika, aviasiya məhsulları və təsis etdiyi olimpiada və yarışmaları 2 ölkədə fəaliyyətə başlayacaq”, – bu sözləri TED.az-da açıqlamasında AREA-nın təsisçisi Rəhman Rəsulzadə deyib.

 

Rəhman Rəsulzadə geridə qalan 3 il müddətində bir sıra uğura imza atdıqlarını qeyd edib:“2016-cı ildən Azərbaycanda fəaliyyət göstərən AREA 3 il kimi qısa müddətdə bir çox nəaliyyətlərə imza atıb. 7 fərqli istiqamət üzrə dərsdənkənar dərnək kurrikulumu hazırlayaraq Azərbaycanda fəaliyyət göstərən 14 mərkəzdə, 1500-dən çox məktəbli üzərində bu proqramları uğurla sınaqdan keçirmişik. Bundan başqa, dərnəklərdə istifadə edilən avadanlıqların bir hissəsini made in azerbaijan adı altında istehsal edərək həm yerli istahsalata dəstək vermiş, həm də məhsulların maya dəyərini iqtisadi baxımdan əlverişli hala gətirmişik. Hazırladığı kurrikulum və istehsal etdiyi robot avadanlıqları ilə yanaşı, AREA yeni bir beynəlxalq yarışmanı www.droneolympiad.org təsis etmişdir və eyni zamanda bir çox yerli, beynəlxalq olimpiadalara yüksək peşəkarlıqla komandalar hazırlamışdır. Son 3 ildə keçirilən yerli olimpiadalarda göstərilən yüksək nəticələrin 80%-dən çoxu AREA dərnəklərində iştırak edən gənclərin hesabına düşür”. 

 

Təsisçi AREA-nın innovativ komandasından da danışıb: “AREA-da fəaliyyət göstərən əməkdaşların 90%-dən çoxu gənclərdən və tələbələrdən ibarətdir. Bir çox təlimçimiz hazırda xaricdə təhsillərini davam etdirir. Məktəbli gənclərimizin yetişməsi ilə yanaşı, universitet tələblərimizin də inkişaf etməsi və yeni iş imkanlarına yiyələnməsi AREA-nın prioritet istiqamətlərindəndir.

 

2019-2020-ci illərdə AREA həm Azərbaycanda, həm də xarici bazarlarda daha yeni, daha güclü innovativ layihələrlə fəaliyyət istiqamətlərini gücləndirəcəkdir. AREA-ya dəstək verən hər kəsə komandamız adından dərin təşəkkür edirik. Loqomuz dəyişsə də, dəyişməyən AREA bir Azərbaycan markasıdır".

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now