Ustad dərsləri

Ustad dərsləri

master class

Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası hər il minlərlə şagird və tələbənin iştirak etdiyi MasterClass - Ustad Dərsləri həyata keçirmişdir. Burada tədris proqramlarımızın təqdimatı həyata keçirilir, mühəndislik və robototexnika sahəsindəki incəliklər haqqında ilkin baza formalaşdırılır. Ustad dərslərinin həyata keçirilməsində əsas məqsəd bir çox valideynin haqlı narahatlığını əsas gətirərək uşaqların bu sahəyə olan marağını müəyyənləşdirməyə, əylənərək öyrənmə prinsipi ilə uşaqlarda mövcud bilik və bacarıqlar müəyyənləşdirməyə çalışmaqdır. Əsasən hər dərs ilinin əvvəlində və yeni müəssisələrin açılış zamanı MasterClass-lar təşkil olunur. Həmçinin 2022-23 tədris ilində AREA olaraq ustad dərslərimizin daha çox olması gözlənilir. Bu dərslər hər ayın son həftəsində keçirilməsi nəzərdə tutulmuşdur. Ustad dərslər ilə bağlı səhifəmizdə, sosial şəbəkə hesablarımızda mütəmadi olaraq məlumatlar yerləşdirilir.