Robot Olimpiadası hazırlığı
world robot olympiad in Azerbaijan

Robot
Olimpiadası hazırlığı

KİM İŞTİRAK EDƏ BİLƏR?

  • 10-19 yaşlı şagirdlər. (10-12 , 13-15 , 16-19)
  • Məntiqi təfəkkürünü və əl bacarəqlarını inkişaf etdirmək istəyənlər
  • Proqramlaşdırma və robot dizaynlarını öyrənmək istəyənlər
  • Qrupda işləmək bacarığını, eyni zamanda robot dünyasının mürəkkəbliyinə qarşı gəlib arzularını reallaşdırmaq istəyən şagirdlər
  • Dünya robot olimpiadalarında iştirak etmək istəyənlər

Kursun müddəti: 8 ay ( 32 dərs )

Kursa Qeydiyyat
wro azerbaijan

Məlumatlandırma:

FOSTER tədris proqramına qoşulan və bitirən şagirdlər, Dünya Robot Olimpiadasında iştirak edə bilərlər. Hər bir yaş kateqoriyasına uyğun olaraq şagirdlərə uyğun yarış kateqoriyası üzrə xüsusi təlimlər və yarış hazırlıqları keçirilir.

KURSUN MƏQSƏDİ

  • Gənclərin İKT və elmi biliklərinin inkişafına dəstək olmaq
  • Yaradıcılıq potensialının üzə çıxarılması
  • Mövcud problemlərin "robotik" həllinin tapılması
  • Elm , Mühəndislik , Riyaziyyat , Kompüter proqramlaşdırılması sahələrinin tətbiqi
  • Komanda işi , İngilis dili , Mədəniyyətlər arası əlaqələrin inkişafı
  • Şagirdlərə Təməl Proqramlaşdırmanı və robot dizayn etdirilməsini öyrətmək
solving problem

Dünya Robot Olimpiadası Nədir?

  • Dünya robot Olimpiadası hər il dünyada və eləcə də ölkəmizdə keçirilən qlobal robotexnika yarışmasıdır
  • Ilk dəfə 2004-cü ildə 12 ölkədən 4418 komandanın iştirakı ilə Sinqapurda keçirilib. Hazırda 55 ölkədən 22000 komanda yarışlarda iştirak edir.
  • Azərbaycan ilk dəfə 2017-ci ildə Kosta-Rikada keçirilən dünya finalında iştirak etmişdir və müvafiq olaraq 2018 - "Thailand krallığı" və 2019 - "Macarıstan" finallarında da iştirak etmişdir.
  • Dünya Finalına yalnız və yalnız ölkə Finalına qatılan və müvafiq kateqoriyalarda qalib olan komandalar göndərilirlər

Dünya Robot Olimpiadası "Azərbaycan Finalı" 3 Əsas Kateqoriyada Keçirilir

1. Regular Category
  • 3 fərqli yaş kateqoriyasını əhatə edir
    • Elementary category (10-12 yaş)​
    • Junior category (13-15)
    • Senior category (16-19)
  • Hər bir yaş kateqoriyası üçün müvafiq çətinlikdə missiya verilir və iştirakçılardan verilmiş problemin robotik həllinin tapılması tələb edilir
  • Movzu əhatəsində olan problemlər hər yaş kateqoriyasına uyğun xeritə üzərində çap edilərək xüsusi hazırlanmış masa üzərində keçirilir
  • İştirakçılar yarışa yalnız komanda şəklində maksimum 3 nəfər olmaqla qatıla bilərlər ​
2. WRO-Football
  • 10-19 yaş kateqoriyasını əhatə edir
  • İştirakçılar yarışa yalnız komanda şəklində maksimum 3 nəfər olmaqla qatıla bilərlər
  • Hər komandada 2 robot istifadə edilir
3. Open Category
  • Regular kateqoriyasında olduğu kimi 3 fərqli yaş kateqoriyasını əhatə edir
  • Verilmiş mövzuya uyğun olaraq hər bir komanda layihə təqdim edir
  • İştirakçılar yarışa yalnız komanda şəklində maksimum 3 nəfər olmaqla qatıla bilərlər
wro winners
work on the task

SERTİFİKATLAR:

  • AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının sertifikatı.

Səhifəni paylaş