FƏALİYYƏT

Azərbaycan RObotexnika Mühəndisliyi Akademiyasının 4 istiqamətdə fəaliyyət sahələri mövcuddur 

TƏDQİQAT & İNKİŞAF (R&D)
TƏHSİL PROGRAMLARI
İSTEHSALAT
Tədqiqat və İnkişaf sahəsi üzrə AREA-da   qarşıya qoyulan məqsəd Tibb sahəsindən Bərpa olunan enerji ,Sənaye robotları , Neft-Qaz sənayesi ,Təhsil və Müdafiyə Sənayesi  sahələri üzrə Elmi tədqiqat və İnkişaf həlləri tapmaqdır. Bu sahəni inkişaf etdirmək üçün AREA alimləri  gənc mühəndisləri  ixtiraçıları və s.  dəstəkləyərək onların ideyalarının həyata keçməsinə köməklik göstərir.
Praktiki Mühəndislik və Liderlik proqramı

PMLP - Robot dərsləri və Mühəndislik təlimləri üzrə ixtisaslaşmış AREA komandası tərəfindən tədris olunan Azərbaycan BRENDİ olan yeni proqramdır. Proqramda əsas məqsəd Universitet tələbələri ilə Orta məktəb şagirdləri arasında inteqrasiya quraraq həm məktəbliləri praktiki mühəndisliyə ruhlandırmaq həmdə Universitet tələbələrinin liderlik və öyrətmə biliklərini təkminləşdirməkdir.  Amerikadan Yaponiyaya kimi geniş texnologiya təcrübəsi proqrama tətbiq edilmişdir..

JapAz Yaponiya Azərbaycan innovativ texnologiyaları əsasında istehsal edilən  məktəblilər üçün praktiki mühəndislik  təcrübə dəstidir. Məhsulların mənşəyi və əsas hissələri Yaponiyada hazırlanır və Azərbaycanda qablaşdırılır. Ölkə  inkişafına  töhvə vermək məqsədi və kütləvi istehsalın Azərbaycanda inkişaf etdirilməsi məqsədi ilə   yaxın gələcəkdə istehsal proseslərinin Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hal hazırda Japaz tərəfindən istehsal olunan Günəş avtomobilləri və Külək Turbinləri ilə tanış ola bilərsiniz.Hal hazırda Japaz tərəfindən istehsal olunan Günəş avtomobilləri və Külək Turbinləri ilə tanış ola bilərsiniz. Azərbaycanda artıq Pilot layihə olaraq bir çox məktəblərdə uğurla sınaqlardan keçirilir. Məktəblilərimniz Praktiki Elmə yiyələnir Tələbələrimiz öz biliklərini Məktəblilərə ötürərərək öz liderlik qabiliyyətlərini inkişaf etdirir , AREA və JapAz olaraq Azərbaycanda yeni Brendi formalaşdırırıq. Bir sözlə "Bir işi görərək Bir Çox sahəyə xidmət edirik." 
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now