Foster-Robotexnika II (8-19 yaş)

Dünya Robot Olimpiadası

Təlimçi 

Kursun müddəti

32 dərs (8 ay)

Kursun vaxtı

11:00-13:00  şənbə günü

Qiymət

100 azn

Məlumatlandırma:   FOSTER tədris proqramına qoşulan və bitirən  şagirdlər eləcə də Dünya Robot Olimpiadasında da iştirak edə bilərlər . Hər bir yaş kateqoriyasına uyğun olaraq şagirdlərə uyğun yarış kateqoriyası uzrə xüsusi təlimlər və  yarış hazırlıqları keçirilir. 

DÜNYA ROBOT OLİMPİADASI NƏDİR?

  • Dünya robot Olimpiadası hər il dünyada və eləcə də ölkəmizdə keçirilən qlobal robotexnika yarışmasıdır

  • ilk dəfə 2004-cü ildə 12 ölkədən  4418 komandanın iştirakı ilə  Sinqapurda keçirilib. Hazırda 55 ölkədən 22000 komanda    yarışlarda iştirak edir.

  • Azərbaycan ilk dəfə 2017-ci ildə Kosta-Rikada keçirilən dünya finalında iştirak etmişdir və müvafiq olaraq 2018- "Thailand krallığı"  və 2019 - "Macarıstan"  finallarında da iştirak etmişdir.

  • Dünya Finalına yalnız və yalnız Ölkə Finalına qatılan və müvafiq kateqoriyalarda qalib olan komandalar göndərilirlər

OLİMPİADANIN KEÇİRİLMƏ MƏQSƏDİ?

  • Gənclərin İKT və  elmi biliklərinin inkişafına dəstək olmaq 

  • Yaradıcııq potensialının üzə çıxarılması 

  • Mövcud problemlərin  "robotik" həllinin tapılması

  • Elm , Mühəndislik , Riyaziyyat , Kompüter proqramlaşdırılması  sahələrinin tətbiqi 

  •  Komanda işi , İngilis dili , Mədəniyyətlər arası əlaqələrin inkişafı

  • Şagirdlərə Təməl Proqramlaşdırmanı və robot dizayn etdirilməsini öyrətmək 

DÜNYA ROBOT OLİMPİADASI NECƏ KEÇİRİLİR?

  1. REGULAR  - ƏSAS KATEQORİYA 

    • 3 fərqli yaş kateqoriyasını əhatə edir 

      • ​elementary  category  (8-12 yaş) - kiçik yaş grupu​

      • junior  category    (13-15) - orta yaş grupu 

      • senior category  (16-19)   -  böyük yaş grupu

    • Hər bir yaş kateqoriyası üçün müvafiq çətinlikdə missiya verilir və  iştirakçılardan verilmiş problemin robotik həllinin tapılması tələb edilir 

    • Movzu əhatəsində olan problemlər hər yaş kateqoriyasına uyğun xeritə üzərində çap edilərək  xüsusi hazırlanmış masa üzərində keçirilir

    • İştirakçılar yarışa yalnız komanda şəklində maksimum 3 nəfər olmaqla qatıla bilərlər 

  2. WRO-FOOTBALL  - FUTBOL KATEQORIYASI 

  • 10-19 yaş kateqoriyasını əhatə edir

  • İştirakçılar yarışa yalnız komanda şəklində maksimum 3 nəfər olmaqla qatıla bilərlər 

  • Hər komandada 2 robot istifadə edilir

  3. OPEN CATEGORY - AÇIQ KATEQORIYASI

  • Regular kateqoriyasında olduöu kimi 3 fərqli yaş kateqoriyasını əhatə edir 

  • Verilmiş mövzuya uyğun olaraq hər bir komanda  layihə təqdim edilir

  • İştirakçılar yarışa yalnız komanda şəklində maksimum 3 nəfər olmaqla qatıla bilərlər ​ ​​​

DÜNYA ROBOT OLİMPİADASI  AZƏRBAYCAN FİNALI 3 ƏSAS KATEQORİYADA KEÇİRİLİR

KİM İŞTİRAK EDƏ BİLƏR?

  • 8-19 yaşlı şagirdlər.(8-12 , 13-15 , 16-19)

  • Məntiqi təfəkkürünü və əl bacarəqlarını inkişaf etdirmək istəyənlər

  • Proqramlaşdırma və robot dizaynlarını öyrənmək istəyənlər 

  • Qrupda işləmək bacarığını, eyni zamanda robot dünyasının mürəkkəbliyinə qarşı gəlib arzularını reallaşdırmaq istəyən şagirdlər

  • Dünya robot olimpiadalarında iştirak etmək istəyənlər  

SERTİFİKATLAR:

  •  AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının sertifikatı 

  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi sertifikatı 

  • Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini sertifikatı

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now