Praktiki Mühəndislik və Liderlik Programı

  • Black YouTube Icon

TƏHSİL PROGRAMLARI

   Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası olaraq biz də ölkəmizin gələcəyinə, təhsilə, gənclərimizə öz töhfəmizi vermək üçün var gücümüzlə çalışırıq. Məqsədimiz şagirdlərə hələ məktəb yaşlarından mühəndisliyin sirlərini açmaq, onların düşünmə, problemləri həll etmə bacarıqlarını inkişaf etdirməkdir.

Bu yolla istedadlı gənclərimiz hələ erkən yaşlardan 21-ci əsr texnologiyası ilə ayaqlaşaraq daha özünəinamlı olmaqla yeni-yeni nailiyyətlərə imza ata bilərlər. Yarandığımız gündən qısa müddət keçsə də artıq bir çox məktəb və universitetlərdə tədris fəaliyyətimiz uğurla davam edir. Bugün bu yarışmada iştirak edən parlaq gənclərimiz isə bu işlərin bariz nümunəsidir. Yapon və Amerika tədris metodlarından bəhrələnən tədris proqramlarımız “HELP” adı altında geniş yaş qrupu üçün hazırlanmışdır. Belə ki, GENESİS proqramımız 5-11 yaşlı uşaqların hələ erkən yaşlardan praktiki biliklərə yiyələnməsinə, sinifdə öyrəndikləri nəzəri məlumatların real tətbiqini görməklə elmə və texnikaya maraq oyadılmasına xidmət edir. Həmçinin, tədris metodlarımız azyaşlılara komanda ruhunun və liderliyin aşılanmasında əvəzsiz rol oynayır.

2016-cı ilin sonunda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Dünya Robototexnika Olimpiadası Assosiasiyasına sınaq üzvlüyünə qəbul olunmuşdur. 
Bununla əlaqədar olaraq, bir sıra təhsil müəssisələrində təqdimatlar keçirilmiş və robototexnika sahəsi ilə maraqlanan gənclər iştiraka cəlb edilmişdir. 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və AREA- (Azərbaycan Robototexnika və Mühəndislik Akademiyası) təşkilatçılığı ilə 7 oktyabr 2017-ci il tarixdə Bakı Olimpiya İdman Kompleksində (Olimpiya küç. 13, Gənclər və İdman Nazirliyinin arxası) Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçim yarışı keçiriləcəkdir. İştirakçı komandaları qeydiyyatdan keçmək üçün saat 9:00-dan gec olmayaraq, tamaşaçı qismində iştirak etmək istəyənləri isə saat 13:00-dan etibarən (Rəsmi açılış - Yapon Robotların rəqsi və rəsmi hissə) Bakı Olimpiya İdman Kompleksinə dəvət edirik. Fotolar.

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now