Foster
Ev3 robot yarışı

Foster

KİM İŞTİRAK EDƏ BİLƏR?

  • 8-19 yaşlı şagirdlər. (8-12 , 13-15 , 16-19)
  • Məntiqi təfəkkürünü və əl bacarəqlarını inkişaf etdirmək istəyənlər
  • Proqramlaşdırma və robot dizaynlarını öyrənmək istəyənlər
  • Qrupda işləmək bacarığını, eyni zamanda robot dünyasının mürəkkəbliyinə qarşı gəlib arzularını reallaşdırmaq istəyən şagirdlər

Kursun müddəti: 8 ay ( 32 dərs )

Kursa Qeydiyyat
ev3 robotun yığılması

Məlumatlandırma:

FOSTER - AREA-nın Robotların quraşdırılması və proqramlaşdırılması adı altında tədris proqramıdır. Dünya Robot Olimpiadası Hazırlıqları çərçivəsində ilkin mərhələ kimi 8 ay müddətində keçirilir. Dərslər Lego Mindstorm EV3 robot dəstləri üzərindən keçirilir. Bu robot dəstləri vasitəsilə şagirdlər həm robot dizaynları hazırlaya, həmdə eyni adlı proqram tətbiqi vasitəsilə də proqramlaşdıra bilər.

KURSUN MƏQSƏDİ

  • Kursun əsas məqsədi Azərbaycan gənclərinə robotexnika, mühəndislik, proqramlaşdırma kimi son dövrün tələblərini ödəyən sahələrə maraq oyatmaq və bu bilikləri onlara aşılamaqdır
  • Şagirdlərə Təməl Proqramlaşdırmanı və robot dizaynını hazırlamağı öyrətmək
  • Hər il keçiriləcək olan Dünya Robot Olimpiadasına qatılma imkanı
working on ev3

Təlim aşağıdakı mövzular üzrə dərslərdən ibarətdir:

Riyazi istiqamətlər:

  • Ədədlər və əməliyyatların hesablanması
  • Məlumatların təhlili
  • Çətin problemlərin həlli
  • Riyazi və məntiqi təfəkkürün inkişafı

Mühəndislik istiqamətləri:

  • Məqsədyönlü innovasiya
  • Yaradıcı və Analitik bacarıqlar

TƏDRİS METODU VƏ MATERİALLAR:

Tədris metodu:

  • Tədris yaşa uyğun olaraq qrup üzrə keçrilir.
  • Bununla yanaşı hər uşağın biliyi öyrənmə və götürmə qabiliyyətinə görə fərdi yanaşma prinsipinə əsaslanır.

Materiallar:

  • Lego Mindstorm EV3 Robot dəstləri
  • Robot Olimpiadalarında istifadə olunan yarış masaları
ev3 olimpiadası
Yarışmaya hazırlıq

SERTİFİKATLAR:

  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi sertifikatı
    ( Dünya Robot Olimpiadasına qatıldığı zaman )
  • AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının sertifikatı.

Səhifəni paylaş