Texno düşərgə

Texno düşərgə

Techno camp

Azərbaycna Robotexnika mühəndisliyi Akademiyası 2 fəsildə- yaz və yay fəsillərdə Texnoloji düşərgələr təşkil edir. Orta məktəb şagirdlərin xüsusilə tətildə olduğu vaxt seçilir. Düşərgə "əylənərək öyrən" prinsipini əsas tutaraq robototexnika və mühəndislik daha çox əyləncəli formada tədris olunur, müxtəlif yarışlar, maraqlı viktorinalar və idman məşqləri keçirilir. Həmçinin düşərgə boyunca hər həftə mühəndislik ilə bağlı müəsisilərə ekskursiyalar təşkil olunur.

Yaz Düşərgəsi: Bu düşərgəmiz daha çox Novruz bayramı ərəfəsinə təkabül edir. 4-5 gündən ibarət olan düşərgəmizdə proqramların ən maraqlı hissələri gün ərzində 3 saat olaraq tədris olunur. Burada şagirdlər daha çox fərqli proqramlarda iştirak etmə şansı qazanaraq proqramlar arasında rahat seçim edə bilir.

Yay Düşərgəsi: Yay düşərgəmiz ədatən 3-4 həftə davam etməklə şagirdlərin əylənməsi daha ön plana çəkilir. Burada şagirdlərə 1 həftə yaxud tam proqramı seçmə şansı tanınır. Şagirdlər səhər saatlarındən etibarən idmanla və səhər yeməyi ilə günə gümrah başlayırlar. Müxtəlif robototexnika proqramları, mühəndislik yarışları, beynəlxalq olimpiadaları hazırlıq, əyləncəli yarışlar, film saatı və.s bu proqramın əsas hissələrindəndir. Həm internat tipdə (şagirdlər burada qalır) həm də səhər saat 10:00-dan 17:00-qədər şagirdlərin iştirakı təmin olunur (bu qayda düşərgənin yaşadığı ərazidə yaxud qıraqda olmasına görə fərqlənir) Düşərgəmiz əsasən iyun ayın axırı və iyul ayında həyata keçirilir.