GENESİS - AREA-nın Yapon mentoru Kohei İshigami tərəfindən
Azərbaycanlı gənclər üçün hazırlanmış tədris proqramıdır. Genesis özü-özlüyündə 3 fərqli
tədris proqramını əhatə edir:
Yapon Mühəndisliyi, 3D Texnologiya və
DİY (özün yarat). Hər bir proqrama ayrı-ayrılıqda qoşulmaq mümkündür.
Kursun müddətində şagirdlərimiz: Günəş enerjisi, Külək enerjisi, Mexaniki enerji, Elektrik enerjisi kimi alternativ enerji növlərini və enerji dəyişmələrini praktiki olaraq uyğun modelləri hazırlayaraq tətbiq edirlər və həmin biliklərə yiyələnirlər.